Okt 27, 2019 18:01 Asia/Baku
  • Pentaqon rəsmisi: DNT əl-Bağdadinin şəxsiyyətini sübut etdi

ABŞ Müdafiə Nazirliyi- Pentaqon rəsmisi, DNT testinin İŞİD terror qruplaşması başçısının kimliyini təsdiqlədiyini bildirib.

Adı açıqlanmayan ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi xəbərini təsdiqləyib. O,  əl-Bağdadinin cəsədinin ABŞ qüvvələrinin yanında olduğunu bildirib.

Amerikan həftəlik Nyusuik bazar günü ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadla məlumat verib ki, Əl-Bağdadi şənbə günü bu ölkə vertolyotlarının Suriyanın şimal-qərb qərbində yerləşən İdlib şəhərində keçirdiyi gizli bir əməliyyatda öldürülüb, amma əlavə araşdırmalar aparılmaqdadır.

Əbu Bəkr əl-Bağdadi 2014-cü ildə İraqın Mosul şəhərindəki gizli məkanından çıxdı və onun son səs mesajı da 2019-cu ilin avqustuna qayıdır.

Əl-Bağdadinin başçılıq etdiyi İŞİD terror qruplaşması son illərdə ABŞ, Səudiyyə Ərəbistanı və sionist rejimin maliyyə və hərbi dəstəkləri ilə İraq və Suriyanın böyük hissələrini işğal edərək, saysız-hesabsız cinayətlər törədibdir.

Bu terror qruplaşması digər ölkələrdə, o cümlədən Avropa ölkələrində, Qərbi Asiyada və Afrika qitəsində də çoxsaylı terror əməliyyatları həyata keçiribdir.

 

Teqlər