Okt 30, 2019 19:58 Asia/Baku
  • Ağ Ev-in baş müşaviri Trampın impiçmenti ilə bağlı təhqiqatda şəhadət verib

Ağ Ev-in Ukrayna məsələləri üzrə baş müşaviri Trampın ukraynalı həmkarı ilə qalmaqallı telefon söhbətinin şahidi kimi ABŞ konqresinin nümayəndələr palatasında şəhadət verib.

Polkovnik Aleksandr Vindman dünən hərbi geyimdə və sinəsində hərbi medallarla bağlı qapılar arxasında ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin üzvləri qarşısında şəhadət verib.

Ukrayna dilini bilən polkovnik Vindman Amerika prezidenti Donald Trampın öz ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbəti zamanı iştirak etmiş Ağ Ev rəsmilərindəndir.

Vindman təhqiqat qrupuna deyibdir ki, Trampın öz siyasi rəqibinə xələl gətirmək üçün Ukraynadan olan tələbinə görə, necə təhlükə siqnalını səsləndirdiyini bildirib.

Vindman əlavə edib ki, Trampın bəzi digər müttəfiqləri barədə də oxşar addımlar atılıb və o, iki dəfə onların barəsində özünün yüksək dərəcəli baş rəsmilərinə məlumat veribdir.

Teqlər