Okt 31, 2019 08:36 Asia/Baku
  • AB AEBA-nın yeni baş direktorunu nüvə anlaşmasını qorumağa çağırıb
    AB AEBA-nın yeni baş direktorunu nüvə anlaşmasını qorumağa çağırıb

Avropa Birliyi MAQATE-nin yeni baş direktorundan istəyibdir ki, nüvə anlaşmasının qorunması üzrə həmkarlığın gücləndirilməsini öz gündəminə daxil etsin.

Avropa Birliyi dünən bir açıqlamada Rafael Qrossinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru seçilməsini alqışlayaraq, vurğulayıb ki, Brüssel nüvə anlaşmasının qorunması və onun tam şəkildə icrası istiqamətində agentliklə əməkdaşlıqları gücləndirmək niyyətindədir.

Bu açıqlamada deyilir: Avropa Birliyi nüvə anlaşmasının sərt tərəfdarı kimi agentliyin yeni baş direktorunun həmkarlığına dəstək üçün fürsət axtarır.

Nüvə anlaşmasına imza atmış üç Avropa ölkəsi- Fransa, Almaniya və İngiltərə Amerikanın bu anlaşmadan çıxmasından sonra vəd vermişdilər ki, İranın iqtisadi maraqlarını təmin etməklə nüvə anlaşmasını qoruyacaqlar.

Bu ölkələr Amerikanın nüvə anlaşmasına qarşı yanaşması qarşısındakı şifahi və siyasi mövqelərinə rəğmən,  öz vədləri və öhdəliklərinin icrası istiqamətində heç bir real addım atmadılar.

İran Amerikanın nüvə anlaşmasından çıxmasının birinci ildönümündə, yəni 2019-cu il mayın 8-də və avropalı tərəflərin Amerika olmadan İranın nüvə anlaşmsındakı maraqlarının təmini sahəsindəki sədaqətsizlikləri və acizliklərindən sonra etaplarla bu anlaşmadakı öhdəliklərini azaldıbdır.

İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılması üzrə dördüncü addım 2019-cu il noyabrın 6-da başlanacaqdır.

Teqlər