Okt 31, 2019 20:37 Asia/Baku
  • Holokostu qeyri-real adlandırdığı üçün Amerikada bir məktəb direktoru işdən qovulub
    Holokostu qeyri-real adlandırdığı üçün Amerikada bir məktəb direktoru işdən qovulub

ABŞ-ın Florida ştatında bir məktəb direktoru holokostun tarixi haqda Ağ Ev-in rəsmi qiraətindən fərqli fikir bildirdiyi üçün işdən qovulub.

Florida ştatının “Boka Ratun” şəhərində yerləşən “Palm Biç” məktəbinin rəyasət heyəti bu məktəbin direktoru Uilyam Latsonun holokost hadisəsinin tarixi barədə fikir bildirməsinin ardınca öncə ona məktəbdə tədris etməyi qadağan edib, sonra isə onun qovulması hökmünü elan edibdir.

“Palm Biç” məktəbinin rəyasət heyətinin açıqlamasına əsasən, peşə məsuliyyətlərini yerinə yetirmədiyinə görə, Latsona məktəblə həmkarlığını davam etdirmək qadağan olunur.

Latson deyib ki, holokostu tarixi bir reallıq adlandıra bilməz.

Florida ştatında bu məktəb direktorunun işdən qovulması elə bir halda baş verir ki, amerikalı dövlət başçıları uzun illərdir iddia edirlər ki, Amerika, əqidə azadlığı olan bir ölkədir.

 

 

Teqlər