Noy 02, 2019 08:17 Asia/Baku
  • Suriya konstitusiya komitəsinin iş gündəmi haqda razılaşma

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi dünən gecə deyib ki, Suriyanın yeni konstitusiyası üzrə komitə iş gündəmi, həmçinin bu qanunu hazırlayan heyətin tərkibi barədə razılıqlar əldə edibdir.

Gir Pederson müxbirlər qarşısında bildirib ki, Suriya konstitusiya komitəsinin bütün 150 nümayəndəsi bu komitənin iş gündəmi barədə fikir birliyinə malikdir. O, qeyd edib ki, komitənin işi çox yüksək tərzdə irəliləyibdir.

Suriya konstitusiya komitəsinin ilk iclası çərşənbə günü Cenevrədə BMT-nin nəzarəti altında başlayıb. İclasda komitənin bütün 150 üzvü və BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Gir Pederson iştirak edib.

Suriya konstitusiya komitəsinin təşkili ideyası ilk dəfə Suriya milli dialoq konfransında irəli sürülübdür.

Suriya milli dialoq konqresi 2018-ci il janvarın 29-u və 30-da Rusiyanın Soçi şəhərində keçirilib.

Suriya milli dialoq konqresinin keçirilməsi haqda razılıq Astana prosesi üzrə zəmanətçi ölkələr kimi İran, Türkiyə və Rusiya başçılarının Rusiyada keçirilən 2017-ci il noyabr iclası gedişində əldə olnubdur.

Astana müzakirələri İranın təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlığı, eləcə də Suriyada sülhün bərqərarı məqsədilə 2017-ci ilin yanvarından başlanıbdır.

İran, Türkiyə və Rusiya Astana prosesi üzrə zəmanətçi ölkələr kimi Suriya böhranının həllinə çalışırlar.

 

Teqlər