Noy 05, 2019 09:56 Asia/Baku
  • Fransanın media fəalları islamofobiyanın davam etməsini tənqid ediblər
    Fransanın media fəalları islamofobiyanın davam etməsini tənqid ediblər

Fransada müsəlmanlara qarşı ifratçı hərəkətlərin artması ilə, mədəni və siyasi şəxsiyyət və orqanlar islamofobiya cərəyanının dayandırılmasını istəyiblər.

Lomond qəzeti saytının yazdığına görə, Fransanın siyasi simaları, o cümlədən həmkarlar ittifaqlarının sədrləri və mədəni şəxsiyyətlər Lomond-a bir bildiriş göndərərək, vurğulayıblar ki, islamofobiya fenomeni, həmçinin müsəlmanların bədnam edilməsinin artması ilə mübarizə aparmaq məqsədilə noyabrın onunda Paris küçələrində aksiya keçirmək niyyətindədirlər.

Bu hərəkətin tərəfdarları vurğulayıblar ki, illərdir, müsəlman kişi və qadınların izzəti Fransanın siyasi və media atmosferini işğal etmiş rasist qruplar tərəfindən saymamazlığa vurulur və hazırda Fransada islamofobiya fenomeninə son qoymağın vaxtı gəlib çatıbdır.

Fransada yerləşən Bayon məscidinə qarşı son hücum, həmçinin bir ana və uşağın bir sağçı ekstremist tərəfindən təhqir olunmaları baş vermiş son olayalardandırlar. Məhz bu hadisələr siyasi və mədəni aktivistləri müsəlmanlara qarşı zorakılığın dayandırıılmasına çağırış etməyə məcbur edibdir.

 

Teqlər