Noy 05, 2019 14:52 Asia/Baku
  • Putin on generalı kənarlaşdırdı
    Putin on generalı kənarlaşdırdı

Rusiya prezidenti bu ölkə generallarından on nəfərin kənarlaşdırılması barədə fərman verib.

Rusiya prezident administrasiyası bir bəyanatda bu ölkənin prezidenti Vladimir Putinin fərmanı ilə on rus generalın kənara qoyulduğunu bildirib.

Bu bəyanata görə, Rusiyanın daxili işlər və fövqəladə hallar nazirlikləri və araşdırma komitəsindən olan həmin generallar rüşvətxorluq, korrupsiya və fırıldaqçılıq cinayətləri törətməkdə ittiham olunublar.

Bu generallardan bəziləri bundan əvvəl Rusiyanın məhkəmə aparatında mühakimə altında olublar. Cinayətləri sübut edilmiş bu generalların vəzifələrindən uzaqlaşdırılmaları son zamanlar rəsmən elan olunubdur.

Rusiya hökuməti son illər korrupsiya ilə mübarizə üçün geniş proqram icra edibdir.

 

 

Teqlər