Noy 05, 2019 21:54 Asia/Baku
  • Trampın yaxınlarının ABŞ-ın Ukraynadakı sabiq səfirinə qarşı təzyiqləri ifşa olunub
    Trampın yaxınlarının ABŞ-ın Ukraynadakı sabiq səfirinə qarşı təzyiqləri ifşa olunub

ABŞ-ın Ukraynadakı sabiq səfiri şəhadət verib ki, ondan, qovulmamaq üçün bir tvitter mesajında əyani surətdə Trampa dəstəyini elan etməsi istənilmişdi.

Mari Yovanoviç bağlı qapılar arxasında ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında təhqiqat aparan nümayəndələr palatasının qarşısında şəhadət verib.

Yovanoviç deyib: Tramp hökumətinin rəsmilərindən biri məndən istəmişdi ki, tvitter-də bir mesaj yayam və Trampa əyani dəstək verəm ki, öz işimi qoruya biləm və işdən qovulmayam.

Trampın may ayında qəflətən vəzifəsindən çıxardığı ABŞ-ın Ukraynadakı sabiq səfiri nümayəndələr palatasının komitələri qarşısında Trampın yaxınlarının, xüsusən mühafizəkar medialardakı yaxınlarının hücumları haqda şəhadət verib.

Teqlər