Noy 10, 2019 09:14 Asia/Baku
  • ABŞ psixiatrları Trampın impiçmenti təhqiqatında şəhadətə hazırdırlar
    ABŞ psixiatrları Trampın impiçmenti təhqiqatında şəhadətə hazırdırlar

Amerika prezidentinin psixi sağlamlıq durumunun təhlükəli olması qənaətində olan psixiatrlar konqresdə ona qarşı şəhadət vermək istəyirlər.

Amerika prezidenti Donald Trampın psixi sağlamlıq durumunu prezidentlik vəzifəsi üçün təhlükəli və qeyri-münasib bilən bir qrup psixiatr konqresin nümayəndələr palatasının Trampın impiçmenti üzrə təhqiqatı prosesində bu palatanın müxtəlif komitələrinə gedərək, ona qarşı şəhadət vermək fikrindədirlər.

Bu 7 nəfərlik qrupun üzvləri, o cümlədən dörd psixiatr, bir neyropsixiatr, bir nevroloq və daxili bir tibb mütəxəssisi konqresin gələn həftə keçiriləcək dinləmə iclaslarında iştiraka, eləcə də Trampın prezidentlik üçün psixi səlahiyyətinin olmaması barədə medialarla müsahibəyə hazır olduqlarını elan etmək niyyətindədirlər.

 

Teqlər