Noy 13, 2019 15:35 Asia/Baku
  • Kabildə xarici vətəndaşların avtomobili partlayıb

Əfqanıstanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ölkənin paytaxtı Kabildə baş verən partlayışın hədəfi, xarici vətəndaşların avtomobili olubdur.

Adının gizli qalmasını istəyən bir əfqan təhlükəsizlik rəsmisi deyib: Çərşənbə günü səhər Kabil şəhərinin 15-ci təhlükəsizlik dairəsində baş verən partlayışda xarici vətəndaşların avtomobili hədəfə alınıb və nəticədə onlardan üç nəfər yaralanıbdır.

Bəzi məlumatlar da bir neçə Fransa vətəndaşının ölümündən söz açır, amma bu partlayışda indiyədək yeddi mülki ölüb, təqribən 19 nəfər də yaralanıbdır.

Bundan öncə Əfqanıstan daxili işlər nazirliyi ölənlərin sayını yeddi, yaralıların sayını da yeddi nəfər elan etmişdi.

İndiyədək heç bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini  üzərinə götürməyibdir.

Teqlər