Noy 14, 2019 20:56 Asia/Baku
  • Rusiyada atışma nəticəsində beş nəfər ölüb və yaralanıb
    Rusiyada atışma nəticəsində beş nəfər ölüb və yaralanıb

Rusiyanın polis rəsmiləri bildiriblər ki, bu ölkənin Uzaq Şərq bölgəsində atışma nəticəsində iki nəfər ölüb.

Bu gün Rusiyanın Uzaq Şərq bölgəsində yerləşən Blaqoveşensk şəhərinin kollecində baş verən atışma nəticəsində üç nəfər də yaralanıbdır.

19 yaşlı bir gənc kollec tələbələrinə tərəf atəş açandan sonra intihar edibdir.

Rusiyanın faktaraşdırıcı komitəsi yerli polisə kömək istiqamətində öz qüvvələrini Moskvadan hadisə yerinə göndəribdir.

Hücumçunun qətl və intiharda məqsədi, həmçinin bu atışma hadisəsinin terror mahiyyətli olmasına hələ ki, aydınlıq gətirilməyibdir.

Teqlər