Noy 27, 2019 17:07 Asia/Baku
  • Çin hərbi müdaxilə olmadan sülhə təkid etdi

Çinin xarici işlər naziri Asiyanın qərb bölgəsində xarici ölkələrin hərbi müdaxiləsi olmadan sülhün bərqərar olması zəruriliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Van İ çərşənbə günü  Pekində keçirilən "Yaxın Şərqdə yeni şərtlər ilə Təhlükəsizlik, Problemlər və Perspektivlər" adlı konfransda iştirak edən qonaqlar ilə görüşdə dünya və xüsusilə Asiyanın qərbində sülhə mane olan problemlərdən danışaraq, qeyd etdi ki bu bölgədə təhlükəsizlik hərbi müdaxilə və təkvektorluluq deyil, siyasi dialoq və çoxtərəfli əməkdaşlıqlar ilə mümkündür.

 Çinin xarici işlər naziri  Asiyanın qərb bölgəsini dünyada böhranlı hissə və bu bölgədə davamlı sülhə nəcə nail olmağı bütün bölgə ölkələri  və beynəlxalq ictimaiyyət üçün ortaq problem adlandırıb, əlavə etdi bu bölgənin davamlı təhlükəsizliyinin formalaşması və təmini siyasi anlaşmalar tələb edir.

Van İ sözlərinin davamında həmçinin Asiyanın qərb bölgəsi problemlərinin həlli istiqamətində BMT-nın müsbət səylərinin himayə olunmasını istəyib.

Pekin konfransı Avropa, Amerika və Asiya Ölkələri o cümlədən İrandan gələn qonaqların iştirakı ilə bu gün çərşənbə səhər işə başlayıb və cümə axşamına dək davam edəcək.

Teqlər