Noy 28, 2019 20:38 Asia/Baku
  • BMT: Ermənistanda yüz minlərlə nəfər pis qidalanmadan əziyyət çəkir
    BMT: Ermənistanda yüz minlərlə nəfər pis qidalanmadan əziyyət çəkir

BMT-nin Ümumdünya Ərzaq Proqramının Ermənistandakı nümayəndəsi Yelena Miloşeviç deyib ki, bu ölkədə 500 min nəfər pis qidalanmadan əziyyət çəkir.

Yelena Miloşeviç İrəvanda “Qida sahəsində investisiya fürsətləri və sahibkarlığın inkişafı” adlı beynəlxalq yığıncaqda əlavə edib: Ermənistanda pis qidalanma, mühacirət daxil olmaqla digər problemlərin yaranması ilə nəticələnən kənd təsərrüfatı mənbələrindən faydasız istifadə kimi bir çox amilin nəticəsidir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının İrəvandakı nümayəndəsi əlavə edib: Ermənistan potensial və təbii mənbələrə malikdir ki, bu ölkədə qida maddələri çatışmazlığı problemini həll edə bilər.

Bütün dünyada təqribən 820 milyon nəfər pis qidalanmadan əziyyət çəkir.

 

 

Teqlər