Noy 29, 2019 09:15 Asia/Baku
  • Tramp Əfqanıstana daxil olub
    Tramp Əfqanıstana daxil olub

ABŞ prezidenti Donald Tramp öncədən elan olunmamış bir səfərdə Amerika qüvvələrinə baş çəkmək üçün Əfqanıstana daxil olub.

Tramp dünən gecə Əfqanıstana səfər gedişində Amerikanın Əfqanıstanda ən iri bazası sayılan Bəqram hərbi bazasında olubdur.

Amerika prezidenti amerikalı hərbçilərlə görüş gedişində deyib ki, Talibanla sülh müzakirələrini bərpa edibdir, zira bu qənaətdədir ki, bu qrup Amerika ilə sülh razılaşmasına nail olmaq niyyətindədir.

Amerika silahlı qüvvələrinin baş qərargah rəisi Mayk Milli də Əfqanıstan səfərində Donald Trampı müşayiət edir.

Əfqanıstanda terror qruplarının fəaliyyəti və əmin-amansızlığın artması elə bir haldadır ki, Amerika və onun müttəfiqləri terrorizm ilə mübarizə və təhlükəsizliyin bərqərarı bəhanəsilə 2001-ci ildən Əfqanıstanda iştirak edirlər.

Kabil rəsmilərinin bildirdiklərinə görə, amerikalıların Əfqanıstanda iştirakı yalnız bu ölkədə əmin-amansızlığın, terrorizmin və narkotik maddələr istehsalının artmasına bais olubdur.

 

Teqlər