Dek 03, 2019 13:11 Asia/Baku
  • Təhlükəsizlik Şurası Liviyada
    Təhlükəsizlik Şurası Liviyada "atəşkəs" istəyib

BMT Təhlükəsizlik Şurası bir açıqlamada bir daha Liviyada atəşkəsin bərqərar edilməsi və döyüşən tərəflərin danışıqlar masasına qayıtmalarını istəyib.

BMT Təhlükəsizlik Şurası, gərginliyi azaltmaq üçün bütün tərəflərin addımlar atmaları və atəşkəsə dəstək öhdəliyi götürmələrinin vacibliyini vurğulayıb.

Son günlər Xəlifə Həftərin komandanlığı altında olan Liviya Milli Ordusu adlı qrup ilə Liviya Milli Birlik Hökumətinin qüvvələri arasında paytaxt Tripolinin ətrafında baş verən toqquşmalar öz kulminasiya nöqtəsinə çatıbdır.

İllər boyu Ərəbistan, Misir, əmirliklər və bəzi Qərb ölkələrindən dəstək alan və Liviyanın şərqinə yiyələnən Xəlifə Həftərin komandanlığı altındakı Liviya Milli Ordusu adlı qrup son bir neçə ay ərzində bu ölkənin şimalına doğru irəliləyibdir.

Həftər cari milad ilinin 4 aprelində öz əmri altında olan qüvvələrə Liviyanın paytaxtı Tripoliyə hücum etmək fərmanı verdi.

 

 

Teqlər