Dek 03, 2019 16:25 Asia/Baku
  • Pentaqon-un ABŞ-ın Əfqanıstandan çıxmasına reaksiyası
    Pentaqon-un ABŞ-ın Əfqanıstandan çıxmasına reaksiyası

ABŞ-ın müdafiə naziri deyir ki, bu ölkə hərbçilərinin Əfqanıstandan çıxmalarının Taliban ilə müzakirələr və razılaşma prosesi ilə əlaqəsi yoxdur.

ABŞ-ın müdafiə naziri Mark Esper bu gün Röyters ilə müsahibədə deyib: Amerikalı hərbçilərin Əfqanıstandan çıxarılmaları icbari şəkildə Taliban qrupu ilə razılaşmanın əldə olunmasından asılı deyildir.

Esper Əfqanıstandan çıxacaq ABŞ hərbçilərinin sayına toxunmadan belə izahat verib: Əminəm ki, biz Əfqanıstandakı hərbçilərimizin sayını azalda bilərik. Eyni zamanda, əmin olmalıyıq ki, ora Amerikaya hücum edə biləcək terrorçular üçün təhlükəsiz bir bazaya çevrilməyəcək.

Donald Tramp hökuməti ötən ay qəfil şəkildə Əfqanıstandakı 18 illik savaşa son qoymaq üzrə Taliban-la müzakirələri dayandırdı.

Tramp bir tvitt-də iddia etmişdi ki, Kemp-Deviddə Taliban heyətilə görüşməli idi, amma bu qrupun son zamanlar Kabildə bomba partlatdığına görə, o, bu görüşdən vaz keçibdir.

Teqlər