Tramp, Pompeo və Ağ Ev-dən impiçmentlə bağlı yeni addıma reaksiya
ABŞ prezidenti demokratların onun impiçmenti üzrə yeni addımına cavabda vəd veribdir ki, onların üzərində qələbə qazanacaqdır.
Donald Tramp ABŞ konqresinin nümayəndələr palatası sədrinin onunla bağlı impiçment məktubunun hazırlanması haqda göstəriş verməsinə reaksiya verib. Deyib ki, demokratlar heç bir şey üstündə mənim impiçmentimin ardıncadırlar, lakin biz bu döyüşdə qalib gələcəyik.
ABŞ-ın dövlət katibi Mayk Pompeo da demokratların bu ölkənin prezidentinin impiçmenti barədəki 300 səhifəlik məlumatlarını yanlış adlandırıb.
ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi dünən bildirib ki, Trampın qanun pozuntları barədə yəqinlik əldə olunub. O, rəsmi surətdə bu palatanın məhkəmə komitəsindən istəyibdir ki, Trampın impiçmentinin mətnini səsə qoymaq və senata təqdim etmək üçün hazırlasın.
Pelosi müxbirlər qarşısında deyib: Prezident öz gücündən sui-istifadə edib, milli təhlükəsizliyi zəiflədib və Amerika seçkilərinin sağlamlığına xələl gətiribdir.
Ağ Ev Pelosnin bu hərəkətinə cavab olaraq belə bir mövqe tutub: Demokratlar özlərindən utanmalıdırlar. Ağ Ev bildirib ki, senatda ədalətli mühakiməyə hazırdır.
Trampın impiçmentinin nümayəndələr palatasında qəbul olunmasından sonra onun impiçmenti layihəsi senata göndəriləcək və orada ona qarşı ittihamlara baxılacaqdır.
Bu mühakimənin sonunda əgər senatorların üçdə iki hissəsi Trampın kənarlaşdırılmasının lehinə səs verərsə, o, hakimiyyətdən kənarlaşdırılacaq və Ağ Ev-dən qovulacaqdır.