Dek 06, 2019 21:27 Asia/Baku
  • Çində amerikalı diplomatlara qarşı məhdudiyyətlər tətbiq olunub
    Çində amerikalı diplomatlara qarşı məhdudiyyətlər tətbiq olunub

Çin bir cavab addımında bildirib ki, Amerika diplomatlarının bu ölkədəki fəaliyyətlərinə qarşı məhdudiyyətlər tətbiq edibdir.

Bu gündən icra olunan bu məhduiyyətlər son vaxtlar ABŞ tərəfindən Çin vətəndaşlarına tətbiq olunmuş oxşar məhdudiyyətlərə cavab olaraq tətbiq edilir. Bundan sonra amerikalı diplomatlar yerli rəsmilərlə görüşməzdən öncə Çin Xarici İşlər Nazirliyinə öz proqramları barədə məlumat vermək məcburiyyətində qalacaqlar.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Tszunyin bu gün müxbirlərə deyib: Təqdim olunan qanun Amerikanın oktyabrda atdığı addıma birbaşa cavabdır. Amerika həmin hərəkətdə çinli diplomatlar üçün icbarilik yaratdı ki, elmi-tədqiqat orqanlarına getməzdən və mer səviyyəsinədək yerli rəsmilərlə görüşməzdən öncə qeydə alınsınlar.

Teqlər