Dek 07, 2019 20:19 Asia/Baku
  • Ermənistan hökumətinin hökumət quruluşunun dəyişdirilməsi proqramı
    Ermənistan hökumətinin hökumət quruluşunun dəyişdirilməsi proqramı

Ermənidilli “Past” qəzeti Ermənistan hökumətinin əsas qanuna düzəliş və hökumət quruluşunun yarıprezidentlik sisteminə dəyişdirilməsi proqramından xəbər verib.

Ermənistan hökuməti bu məqsədlə xüsusi komissiya təşkil etmək niyyətindədir. Onun vəzifəsi, hökumət meyarını yarıprezidentliyə dəyişdirmək üçün əsas qanunun islahı, həmçinin əsas qanunun islahı üzrə referendumun keçirilməsidir.

“Past” qəzeti Ermənistan hökumətinə yaxın mənbələrə istinadən əlavə edib: Yalnız hazırkı hökumətə sadiq olan ekspert və vəkillər bu komissiyaya üzv ola bilərlər.

Qəzetin yazdığına görə, Ermənistanın hökumət quruluşunu yarıprezidentlik sistemi etmək qərarı bu ölkənin baş naziri Nikol Paşinyanın daha mövcud parlament əksəriyyətinə etimad edə bilməyəcəyini başa düşməsindən sonra çıxarılıbdır.

Ermənistanda hökm sürən hazırkı quruluş, parlament sistemidir.

Bundan öncə 2015-ci il oktyabrın beşində Ermənistanın ozamankı parlamenti bu ölkədə respublikaçı partiyanın təklif etdiyi “siyasi quruluşun prezidentlik sistemindən parlament sisteminə dəyişməsi” layihəsini 3 tərəfsiz və 10 əleyhinə səs qarşılığında 103 lehinə səslə qəbul etmişdi.

 

 

Teqlər