Dek 08, 2019 16:32 Asia/Baku
  • Moqerinini əvəz edən yeni Avropa rəsmisi nüvə sazişinin saxlanılmasını vurğulayıb
    Moqerinini əvəz edən yeni Avropa rəsmisi nüvə sazişinin saxlanılmasını vurğulayıb

Avropa Birliyinin xarici siyasət üzrə yeni koordinatoru nüvə sazişinin qorunub saxlanılmasını kollektiv məsuliyyət adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Jozef Borl tvitterdə yazıb: Nüvə sazişi beynəlxalq təhlükəsizlik və nüvə silahlarının yayılmasını qadağan edən müqavilə üçün son dərəcə vacibdir və biz İranla olan bu razılaşmanı qoruyub saxlamaqda kollektiv məsuliyyət daşıyırıq. 

Borl yazıb: Nüvə sazişi üzrə komissiyanın iclasının davamında bu razılaşmanın tam icrasına və hazırkı geriyə doğru prossesi əks istiqamətə dəyişməyə çağıracağam. 

Nüvə sazişi üzrə komissiyanın 14-cü iclası dekabrın 6-da İran İslam Respublikası xarici işlər nazirinin müavini seyid Abbas İraqçının başçılığı və Avropa Birliyindən Helqa Şmid-in eləcə də Çin. Fransa, Almaniya , Rusiya və Britaniyanın nümayəndələrinin iştirakı ilə keçirildi.

Bu iclasın yekun bəyanatında bildirilib: Üzvlər İranın son 14 ayda yəni ABŞ-ın razılaşmadan çıxdığı müddətdə öz öhdəliklərinə sadiq qaldığını etiraf edir.  

Teqlər