Dek 10, 2019 09:11 Asia/Baku
  • Nyus-Uik müxbiri istefa verib; Suriya barədə həqiqətlərin təhrifinə görə
    Nyus-Uik müxbiri istefa verib; Suriya barədə həqiqətlərin təhrifinə görə

Amerikada çıxan Nyus-Uik həftəliyinin müxbiri Suriyanın Duma bölgəsində kimyəvi hücum macərası barədəki təhqiqatının yayılmamasına etiraz olaraq öz işindən kənara çəkilibdir.

Tariq Həddad öz tvitter səhifəsində yazıbdır ki, bu nəşrin Amerika hökumətinin xoşuna gəlməyən Suriyanın Duma bölgəsinə qarşı hücumun detalları barədə təhqiqatın yayılmasından çəkinməsinin ardınca həmin nəşrdə fəaliyyət göstərməkdən istefa veribdir. Amma o, tezliklə bu məlumatı yayacaqdır.

Həddad əlavə edib: Əlbəttə, bu haqda aldığım email-də qeyd olunubdur ki, işəgötürmə müqaviləm gizli məlumatların yayılmaması ilə bağlı bəndlərə şamil olur və bu, mənə qarşı hüquqi hərəkətləri hədələmək sayılır.

Amerika, Fransa və İngiltərə 2018-ci il aprelin 14-də “Suriya ordusunun Dəməşqin ətrafında yerləşən “Duma” bölgəsinə qarşı kimyəvi hücumu” kimi puç ittihamın irəli sürülməsindən bir həftə sonra Suriyanın hökuməti və ordusunun mövqelərinə və bu ölkədəki mülki bölgələrə qarşı yüzdən çox raket atıblar.

 

Teqlər