Dek 10, 2019 13:30 Asia/Baku
  • BMT TŞ Ş.Koreyanın raket sınağı barədə iclas keçirəcək
    BMT TŞ Ş.Koreyanın raket sınağı barədə iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası Amerikanın xahişinə əsasən, çərşənbə günü Şimali Koreyanın son raket sınaqları ilə bağlı iclas keçirəcək.

Bu arada Vaşinqton ilə Pxenyan arasında gərginliklər artıb və iki tərəfin Koreya yarımadasını nüvə silahından təmizləmək üzrə müzakirələri dalana dirənibdir.

Şimali Koreyanın rəsmi informasiya agentliyi ötən bazar günü bildirdi ki, bu ölkə “Soha” saytında çox mühüm bir raket sınağı keçiribdir.

Şimali Koreya keçən həftə də şərq sahilindən, Hamqyon əyalətindən bir raket atmışdı.

Şimali Koreyanın raket sınağı xəbəri elə bir halda yayılıbdır ki, İsveçin Stokholm şəhərində keçirilən bu ölkə ilə Amerika arasında ekspert müzakirələri nəticəsiz başa çatıbdır.

 

 

 

Teqlər