Dek 11, 2019 09:14 Asia/Baku
  • Əlməyadin: Amerika 175 səud tələbəni həbs edib

Amerika bu ölkədə qırıcı təyyarələr üzrə təhsil almaqda olan 175 səud tələbəni həbs edib.

Bu xəbərin yayılması ABŞ medialarının ötən cümə günü Florida ştatındakı “Pensakola” hava bazasında atışmanın baş verməsindən xəbər vermələrindən sonra həyata keçir.

Hadisənin ilkin araşdırmalarından sonra məlum olubdur ki, bu hava bazasındakı atışma amili Ərəbistandan olan kiçik leytenant Muhəmməd Səid Əlşimrani olubdur.

ABŞ medialarının məlumatlarına görə, odlu silahla öz amerikalı yoldaşlarından üçünü öldürən Əlşimraninin özü də Amerika polisi tərəfindən öldürülübdür.

Amerikalı mənbələrin məlumatlarına görə, bu hücumda qırx səkkiz nəfər də yaralanıbdır. Əlşimrani səudiyyə rejiminin hava qüvvələrinin pilotu idi. O, ABŞ ordusunun dəniz qoşunlarının müttəfiq ölkələrlə proqramı çərçivəsində Florida ştatındakı “Pensakola” hava bazasında hərbi təhsil və təlim almaqla məşğul idi.