Dek 12, 2019 08:59 Asia/Baku
  • ABŞ-ın İrana qarşı yeni sanksiyaları
    ABŞ-ın İrana qarşı yeni sanksiyaları

Amerika hökuməti öz qanunsuz hərəkətləri və zorakı siyasətinin davamında İrana və onun ticarət şəriklərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Amerikanın maliyyə nazirliyi bir açıqlamada İrandan Yəmənə silahın ötürülməsində əli olan bir şəbəkəni sanksiya etdiyini iddia edərək, bildiribdir ki, İranla bağlı olan bir fiziki şəxsi, beş müəssisəni və iki gəmini sanksiya edibdir.

Amerikanın maliyyə nazirliyi İranın aviasiya şirkətlərilə əlaqəyə görə,  əmirlikdə və Çində fəaliyyət göstərən üç turizm və hava xidmətləri şirkətini sanksiyalar siyahısına salıbdır.

Tehran və Omanda yerləşən iki gəmiçilik şirkəti Amerikanın yeni sanksiyalarına şamil olan digər müəssisələrdəndirlər.

Həmçinin “Genave-11” və “Genave-12” adlı iki gəmi də İran İslam Respublikası dövləti ilə ticarət əməkdaşlığı ittihamı ilə sanksiya edilibdir.