Dek 12, 2019 09:00 Asia/Baku
  • Amerika İranı sanksiya etməklə 2231 saylı qətnaməni pozubdur
    Amerika İranı sanksiya etməklə 2231 saylı qətnaməni pozubdur

BMT baş katibi bu təşkilatın təhlükəsizlik şurasına olan öz dövri hesabatında 2231 saylı qətnamənin icrası barədə bildirib ki, Amerika İranı sanksiya etməklə bu qətnaməni pozubdur.

Antonio Quterreş bu hesabatda ABŞ-ın nüvə anlaşmasından çıxmasından təəssüf ifadə edib. Qeyd edibdir ki, təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinə əsasən, bütün ölkələr İranla azad ticarətə malik ola bilməlidirlər.

Quterreş bu hesabatda həmçinin Amerika tərəfindən nəzərəçarpacaq problemlərin yaradılmasına rəğmən, İranın nüvə anlaşmasına sadiq qalmasını alqışlayıbdır.

BMT baş katibi qeyd edibdir ki, MAQATE-nin çox sayda məlumatlarına əsasən, İran indiyədək nüvə anlaşmasındakı öhdəliklərinə tam şəkildə əməl edibdir.