Dek 15, 2019 19:05 Asia/Baku
  • ABŞ-ın “Fordo” təsisatlarına qarşı sanksiyalarının icrası başlanıb
    ABŞ-ın “Fordo” təsisatlarına qarşı sanksiyalarının icrası başlanıb

Amerikanın “Fordo” təsisatlarına qarşı sanksiyaları icra mərhələsinə daxil olub.

ABŞ Dövlət Departamentinin bir rəsmisi bildirib ki, bu gün, dekabrın 15-dən etibarən, Fordo sanksiyaları barədəki öncəki güzəştlərin hamısının etibarı başa çatır və Vaşinqton İranın zənginləşdirmə təsisatlarına qarşı sanksiyalarını bərpa edir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bundan öncə bildirmişdi ki, daha İranın nüvə fəaliyyətləri sahəsindəki güzəştləri uzatmayacaq. O, Vaşinqtonun Fordo nüvə təsisatları barədəki sanksiyalarının geri döndüyünü bildirmişdi.

Sabit izotop istehsalı üçün Fordo saytının istifadəçi dəyişikliyi nüvə anlaşması çərçivəsində icra olunacaq layihələrdəndir və Rusiya bu layihəni icra etməyi öz üzərinə götürübdür.

Amerikanın Fordo-ya qarşı məhdudiyyətlərinin geri dönməsinin səbəbi, İran tərəfindən uran zənginləşdirilməsinin yenilənməsi olubdur. Tehran bu hərəkəti Amerikanın sərt sanksiya rejiminə görə həyata keçiribdir.

 

Teqlər