Dek 16, 2019 13:52 Asia/Baku
  • Almaniyada Trampın Qüdsə qarşı hərəkətləri pislənib
    Almaniyada Trampın Qüdsə qarşı hərəkətləri pislənib

Almaniyada yaşayan bir qrup fələstinli və ərəb Ağ Ev-in Qüdsə qarşı hərəkətlərini pisləmək üçün dünən ABŞ-ın Berlindəki səfirliyi önündə aksiya keçirib.

Aksiya iştirakçıları Amerika prezidenti Donald Trampın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi tanımasının ikinci ildönümündə əllərində Fələstin bayrağını tutaraq, Amerikanın bu hərəkətilə müxalifətə dair şüarlar verib və Fələstin xalqının Qüds paytaxt olmaqla müstəqil ölkəyə malikolma haqqına təkid ediblər.

Aksiyaçılar fələstinli müqəddəs məkanların və Qüdsün azad edilməsinədək müqavimət seçiminin davam etdirilməsini istəyiblər.

Tramp 2017-ci il dekabrın 6-da işğal olunmuş Qüdsü saxta sionist rejimin paytaxtı kimi təqdim etdi və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçrülməsi barədəki qərarından xəbər verdi.

 

Teqlər