Dek 24, 2019 14:10 Asia/Baku
  • BMT: Qaşıqçının qətli barədə müstəqil təhqiqatlar davam etdirilməlidir
    BMT: Qaşıqçının qətli barədə müstəqil təhqiqatlar davam etdirilməlidir

Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının məhkəməsi tərəfindən çıxarılan hökmlərə qarşı çıxaraq Səudiyyə rejiminin tənqidçilərindən olan Qaşıqçı barədə müstəqil təhqiqatların davam etdirilməsini vurğulayıb.

Rusiya Əl-Yəum telekanalının verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dujarriç dünən gecə deyib: Qaşıqçının qətlini təşkil edənlərdən 8 nəfərinə ölüm cəzasının verilməsi barədə məlumatları diqqətdə saxladıq və baş katib Antonio Quttereş bu cinayətdə müstəqil və tərəfsiz araşdırmaların vacibliyini vurğuladı.

Beynəlxalq ictimaiyyətin ümumi fikri və beynəlxalq qurumların təzyiqləri, nəhayət Səudiyyə dövlətini 15 aydan sonra Qaşıqçının qətlində ittiham edilən bəzilərinə hökm vermək məcburiyyətində qoydu. 

Səudiyyə Ərəbistanının məhkəmə aparatı dünən Qaşıqçı işində ittiham edilənlərdən 5 nəfərinə ölüm digər 3 nəfərə isə həbs cəzası verdi. 

Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın müxaliflərindən olan jirnalist Camal Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna müraciət etdikdən sonra, konsulluq daxilində faciəli şəkildə qətlə yetirildi və onun cəsədi parçalara bölündü.

Teqlər