Dek 25, 2019 14:12 Asia/Baku
  • Çin ABŞ-ın unilateralizm siyasətini qınadı

ABŞ-ın dünyadakı birtərəfli siyasətini tənqid edən Çinin xarici işlər naziri bu ölkənin inkişafı, yeniləşməsi və modernləşmnəsini əngəlləyə biləcək heç bir maneənin olmadığını deyib.

İRNA-nın məlumatına görə, Vanq Yi çərşənbə günü 2019-cu ilin yekunlarına dair medialara verdiyi müsahibədə, bir daha xarici ölkələrin Honkonq, Tayvan və Sincyanq bölgəsinə müdaxiləsini qınayıb və  bu cur əməllərin Çinin inkişafina mane olmayacağını vurğulayıb.

Çinin xarici işlər naziri  bu ölkənin  elmi, texniki və ticarət tərəqqisini əngəlləmək məqsədi daşıyan ABŞ siyasətlərinin məğlubiyyətlə üzləşdiyini deyib.

Vanq Yi həmçinin Qərb ölkələrinin Honkonq, Tayvan və Sincyanq bölgəsində müdaxilələrini uğursuzluğa məhküm adlandırıb və Çinin daxili işlərinə istənilən müdaxilə cəhdinin tarixin gedişatında məhv olacağını söyləyib.

Çin rəsmisi sözlərinin davmında, Koreya yarımadasında sülhün bərqərar edilməsi və böhranın həlli istiqamətində səylərin davam edəcəyini vurğulayıb. 

ABŞ Donald Trampın prezidentlik dövründə öz birtərəfli siyasətlərini intensivləşdirib və bu istiqamətdə iqtisadi və ticarət fəaliyyətlərində  iqtisadi proteksionizmi ön plana keçirib ki, bu da qlobal reaksiyaya səbəb olub.

 

Teqlər