Dek 26, 2019 21:33 Asia/Baku
  • BMT: Səudların Səədəyə hücumu beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir
    BMT: Səudların Səədəyə hücumu beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir

BMT rəsmisi təcavüzkar səud koalisiyasının 38 nəfərin ölməsi və yaralanması ilə nəticələnən Yəmənin Səədə əyalətindəki bir bazara qarşı hücumunu beynəlxalq qanunların aşkar şəkildə pozulması adlandırıb.

BMT-nin humanitar məsələlər üzrə koordinatoru Lize Qrande bir açıqlamada deyib: Biz həlak olanların və yaralıların ailələrinə dərin hüznlə başsağlığı verir, onların kədəri ilə bölüşür və Yəmənə qarşı bu hücumun və digər hücumların amillərinin mühakimə olunmalarını istəyirik.

Səud təcavüzkarlarının Yəmənin Səədə əyalətinin Minbəh rayonunda yerləşən Əlrəqu bazarına qarşı hücumu çərşənbə axşamı günü gecə baş verib. Nəticədə azı 17 mülki, o sıradan on iki efiopiyalı miqrant ölüb, on ik nəfər də yaralanıbdır.

BMT rəsmisi deyib ki, bu, səud koalisiyasının bir ay ərzində Əlrəqu bazarına qarşı üçüncü hücumudur və onlarda həlak olanların sayı noyabrın 22-dən bəri 89 nəfərə çatıbdır.

 

 

Teqlər