Dek 27, 2019 08:53 Asia/Baku
  • ABŞ-dan İran-Rusiya-Çin manevrinə reaksiya
    ABŞ-dan İran-Rusiya-Çin manevrinə reaksiya

Amerika Müdafiə Nazirliyi- Pentaqon-un sözçüsü Şan Robertson deyib ki, bu ölkənin çoxtərəfli İran-Rusiya-Çin manevrindən xəbəri var və onu diqqətlə izləyir.

Amerika Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ABŞ öz şərikləri və müttəfiqləri ilə beynəlxalq sularda azad ticarət cərəyanının və gəmiçiliyin azadlığına zəmanət üzrə səyini davam etdirəcək.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Tszyan da deyibdir ki, Oman dənizində İran-Rusiya-Çin birgə manevrində məqsəd, bu üç ölkənin dəniz qüvvələri arasında koordinasiyanın yaradılması və xoşməramlılıq mesajının göndərilməsidir.

Çin Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, bu ölkənin dəniz qoşunları bu dördgünlük manevrdə “Tszin Tszinq” adlı “052 D” tipindən olan bir ədəd esmineslə iştirak edəcək.

Rusiya Müdafiə Nazirliyi də bildiribdir ki, bu ölkənin Baltik dənizi donanmasının üç ədəd gəmisi İran və Çinlə birgə dəniz manevrində iştirak edəcək.

İlk üçtərəfli İran-Rusiya-Çin manevri beynəlxalq ticarət təhlükəsizliyinin gücləndirilməsi və artırılması çərçivəsində bu gündən Hind okeanının şimalında və Oman dənizində başlanır.

 

Teqlər