Dek 28, 2019 12:05 Asia/Baku
  • Malayziyanın baş naziri: Müsəlman uyğur miqrantları ölkədən çıxarmayacağıq
    Malayziyanın baş naziri: Müsəlman uyğur miqrantları ölkədən çıxarmayacağıq

Malayziyanın baş naziri vurğulayıb ki, müsəlman uyğur miqrantları ölkəsindən çıxarmayacaq.

Mahatir Muhəmməd dünən bu ölkə parlamentində müxalif partiyaların nümayəndələrinin Çinin “Sin Kiyan” muxtar bölgəsinin müsəlman uyğur sakinləri barədəki suallarına cavabda deyib ki, əgər onlar Malayziyaya gəlib, sığınacaq istəyərlərsə, Çini nəzərə almadan onları ərazimizdən çıxarmayacağıq.

“Malayziya heç bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil” deyən Mahatir Muhəmməd əlavə edib: Dərk etmək lazımdır ki, bütün dünyadakı müsəlmanlar, o cümlədən uyğurlar təzyiq altındadırlar və onlar həyat təhlükəsi qorxusuna görə, başqa ölkələrə gedə bilərlər.

Mahatir Muhəmməd dekabrın 21-də keçirilən üçgünlük Kuala-Lumpur iclasının bağlanış mərasimində bildirmişdi ki, uyğur müsəlmanların həbs olunmalarına dair məlumatlar alır və bu kimi xoşagəlməz hadisələri qəbul etmirlər.

 

 

Teqlər