Dek 28, 2019 20:01 Asia/Baku
  • Əlcəzairdə xalq etirazları davam edir
    Əlcəzairdə xalq etirazları davam edir

On minlərlə əlcəzairli aksiyaların 45-ci cüməsində bu ölkənin paytaxtı və bir neçə digər şəhərində küçələrə axışıb.

Beynəlxalq Fransız Radiosu portalının 28 dekabr tarixli məlumatına əsasən, Əlcəzair xalqının dinc aksiyalarının 45-ci cüməsi elə bir halda keçirilir ki, KİV-lər keçən həftələr xüsusilə 12 dekabr prezident seçkilərindən öncəki həftələr ilə müqayisədə daha az kütlənin  iştirak etdiyini xəbər verirlər.

Cümə aksiyalarında saxlanılanlar yaxud polis və təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalanlar barədə hələ ki məlumat verilməyib.

Teqlər