Dek 28, 2019 20:43 Asia/Baku
  • ABŞ atışmalarında 72 nəfər ölüb və yaralanıb
    ABŞ atışmalarında 72 nəfər ölüb və yaralanıb

Amerikada silahlı zorakılıqlar üzrə statistikanın qeydiyyat mərkəzi ötən bir sutka ərzində bu ölkədəki atışmalarda 72 nəfərin ölməsi və yaralanmasından xəbər verib.

Amerikada silahlı zorakılıqlar üzrə statistikanın qeydiyyat mərkəzi bu gün bildirib ki, ötən sutka ərzində bu ölkənin müxtəlif ştatlarında 65 atışma hadisəsində azı 19 nəfər ölüb, 53 nəfər də yaralanıbdır.

Bu atışmalar İllinoys, Miçiqan, Missuri və Missisipi ştatlarında baş veribdir.

Ötən 48 saat ərzində də Amerikanın müxtəlif ştatlarında 167 atışma hadisəsi xəbər verilibdir ki, onların nəticəsində 41 nəfər ölüb, 140 nəfər də yaralanıbdır.

Amerikada silahlı zorakılıqlar üzrə statistikanın qeydiyyat mərkəzi həmçinin bildirib ki, cari milad ilinin əvvəlindən bəri bu ölkədəki silahlı zorakılıqlar nəticəsində 38 min 924 nəfər öldürülübdür ki, 15 min 32 nəfərin ölümünün səbəbi, müxtəlif qətllər, 23 min 892 nəfərin ölümünün səbəbi isə intihar olubdur.

Bu müddətdə 29 min 134 nəfər də yaralanıbdır.

Hər il Amerikanın müxtəlif nöqtələrindəki atışmalar nəticəsində minlərlə nəfər odlu silahla öldürülür və ya yaralanır.

 

Teqlər