Dek 30, 2019 19:42 Asia/Baku
  • Liviyanın ən iri neftayırma zavodu bağlanıb
    Liviyanın ən iri neftayırma zavodu bağlanıb

Liviya Milli Neft Şirkəti bildirib ki, Zaviyə şəhərində üç bomba partlayışı Liviyanın ən iri neftayırma zavodunun bağlanması ilə nəticələnib.

Liviya Milli Neft Şirkəti bir bəyanatda bildirib: Milli ordu komandanı general Xəlifə Həftərin bu ölkədəki təxribatçı hərəkətləri səbəb olub ki, ötən üç gün ərzində Zaviyə neftayırma zavodunun ətrafında baş verən çox sayda partlayış bu zavodu texniki nazasazlığa düçar etsin və onun bağlanmasına bais olsun.

 

Teqlər