Dek 31, 2019 14:14 Asia/Baku
  • İranın xarici işlər naziri Pekinə daxil olub
    İranın xarici işlər naziri Pekinə daxil olub

İranın Xarici İşlər Naziri yüksək səviyyəli bir heyətə başçılıq edərək çinli həmkarı ilə danışıqlar aparmaq məqsədi ilə bu gün Pekinə daxil olub.

İİR XİN başçısı Məhəmməd Cavad Zərifi bu səfərdə onun siyasi müavini Seyid Abbas İraqçı da müşayiət edir. 

Çin XİN rəhbəri Vanq Yinin dəvəti ilə Pekinə səfər etmiş Zərif çinli həmkarı ilə görüşündə nüvə sazişi, iki ölkə arasındakı əlaqələr və əsas regional və beynəlxalq mövzuları müzakirə edəcək. 

İİR diplomatiya aparatının rəhbəri Çinə səfərdən öncə şənbə və bazar günlərində Moskvada rəsmi səfərdə oldu və  Rusiyanın XİN başçısı və digər rəsmiləri ilə iki tərəfli əlaqələri, nüvə sazişini, regional və beynəlxalq məsələləri müzakirə etdi. 

Teqlər