Yan 10, 2020 16:32 Asia/Baku
  • Həftər qüvvələri Rusiya və Türkiyənin xahişini rədd ediblər
    Həftər qüvvələri Rusiya və Türkiyənin xahişini rədd ediblər

Liviya milli ordusu adlandırılan qüvvələr Rusiya və Türkiyənin həmin ölkədəki döyüşlərə son qoymaq barədəki xahişlərini rədd ediblər.

General Xəlifə Həftərin başçılıq etdiyi Liviya milli ordusu adlandırılan qüvvələrin sözçüsü general-mayor Əhməd Əlmismari dünən gecə bir açıqlamada vurğulayıb: Rusiya prezidenti Vladimir Putinin atəşkəs barədəki təşəbbüsünü alqışlasaq da öz savaşımızı davam etdirəcəyik.

Əlmismari milli birlik hökumətini terrorçu adlandırıb və iddia edib ki, Tripoli terrorçuların nəzarəti altına keçibdir.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyıb Ərdoğan çərşənbə günü Liviyadakı toqquşan tərəflərdən istəmişdilər ki, bazar günündən atəşkəsin bərqərarı ilə razılaşsınlar.

Liviyanın şərqinə yiyələnmiş Həftər qüvvələri Ərəbistan, əmirliklər və Misirin himayələri altında 2019-cu ilin aprelindən Liviyanın paytaxtı Tripolini ələ keçirməyə və bu ölkənin milli birlik hökumətini devirməyə çalışır.

Faiz Əlsərracın başçılıq etdiyi  Liviya milli birlik hökuməti BMT-də rəsmi şəkildə tanınıbdır.

 

 

Teqlər