Yan 10, 2020 18:53 Asia/Baku
  • Təl-Əviv hava limanında bir Ukrayna təyyarəsi alovlanıb
    Təl-Əviv hava limanında bir Ukrayna təyyarəsi alovlanıb

Ukrayna hava yollarına məxsus “Boeinq 737-800” tipli bir ədəd təyyarə Təl-Əviv hava limanında alovlanıb.

Ukrayna təyyarəsinin sol tərəfdəki mühərrikinin alovlanması hadisəsi Ukraynanın digər bir “Boeinq 737-800” tipli təyyarəsinin Tehranda süqut etməsilə bir zamanda baş verib.

Yayılan videolara əsasən, Təl-Əviv hava limanının yanğınsöndürənləri təyyarənin mühərrikinin alovunu söndürmək üçün hərəkətə keçiblər.

Çərşənbə günü Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi Tehranın İmam Xomeyni adına hava limanının yaxınlığında qəzaya uğradı. Nəticədə 167 sərnişin və 9 ekipaj üzvü həyatını itirdi.

Kanadanın baş naziri Castin Trüdo, bəzi ABŞ rəsmiləri və bəzi xarici medialar cümə axşamı günü Ukrayna sərnişin təyyarəsinin Tehranın səmasında qəzaya uğraması barədə iddia etdilər ki, bu təyyarə bir İran raketi ilə və ehtimal üzrə qəsdi-qərəzsiz vurulubdur.

İran İslam Respublikasının rəsmiləri xarici mediaların və ABŞ rəsmilərinin Ukrayna sərnişin təyyarəsinə raketin dəyməsinə dair iddialarını rədd edərək, bu hadisənin səbəbinin beynəlxalq standartlara və İKAO(ICAO) qaydalarına əsasən aydınlaşması üçün lazımi təhqiqatların başlanmasından xəbər veriblər.

 

 

Teqlər