Yan 11, 2020 22:16 Asia/Baku
  • Britaniyalılar Amerikanın Asiyanın qərbindən çıxmasını tələb edir

Britaniyada minlərlə adam Londonda Vaşinqtonun siyasətlərinə qarşı aksiya keçirib.

İRNA-nın verdiyi məlumata görə, aksiyaçılar bu günkü etirazlarda ABŞ prezidentinin General Leytenant Qasim Süleymanini şəhid etməkdəki terror hərəkətini pisləyərək, amerikan qüvvələrin Asiyanın qərbini tərk etmələrini istəyiblər. 

Bu aksiyanın iştirakçıları BBC binası qarşısına da toplaşaraq "Trampa yox" və " Müharibəyə yox" şüarları səsləndiriblər. 

General Süleymaninin terror edilməsindək keçən son bir həftə ərzində bu üçüncü dəfədir ki, Londonda etiraz aksiyası keçirilir. 

Həmçinin Britaniyanın İslami Mərkəzində, bu ölkədə yaşayan müsəlmanların iştirakı ilə Şəhid General Süleymanini anım mərasimi keçirilib. 

 

Teqlər