Yan 12, 2020 08:09 Asia/Baku
  • Fransa hökuməti təqaüd sistemində islahatlar layihəsinin bir hissəsindən vaz keçməli olub
    Fransa hökuməti təqaüd sistemində islahatlar layihəsinin bir hissəsindən vaz keçməli olub

Fransa baş naziri bu ölkənin fəhlə birliyinə məktub ünvanlayaraq bildirib ki, Fransa hökuməti təqaüd sistemində islahatlar layihəsinin önəmli bir hissəsindən vaz keçib.

İRİB-in verdiyi məlumata görə, Eduard Filipp bu məktubda bəzi şərtlərin etirazçılar tərəfindən qəbul ediləcəyi təqdirdə Fransa hökumətinin təqaüd yaşının 2 il artırılaraq 64 yaş nəzərdə tutulmasından vaz keçəcək.

Fransa hökumətinin təqaüd sistemində islahatlar layihəsindən geri çəkilməsi elə bir şəraitdədir ki, Fransa prezidenti Emanuel Makron tərəfindən islahat layihəsinə qarşı etirazlar bu gündən etibarən bütün Fransa boyu yenidən başlanılacaq. 

Metro avtobus və dəmir yolunun bəzi marşrutlarının fəaliyyətinin dayandırılması, fəhlə birliklərinin əsas məqsədidir və sadəcə Paris deyil bütün ölkəni əhatə edəcək. 

Minlərlə müəllim, dövlət işçisi, dəmiryolu fəhlələri və xəstəxana personeli ötən milad ili 5 dekabrdan başlayaraq, Makronun təqaüd sistemində dəyişikliklər layihəsinə etiraz əlaməti olaraq son on illiklərin ən geniş miqyaslı ümumölkə tətillərinə başlayıblar.

Fransa həmçinin bir ildən çoxdur kapitalizmə qarşı həftəlik etirazların şahididir. 

Fransa etiraz aksiyalarında indiyədək 11 nəfər ölüb və 14 min etirazçı saxlanılıb. 

Teqlər