Yan 14, 2020 13:28 Asia/Baku
  • Xəlifə Həftər Liviyada atəşkəs razılaşmasını imzalamayıb

Liviya milli birlik hökumətilə razılaşma imzalamaq üçün Moskvaya səfər etmiş Liviya milli ordusu adlandırılan qüvvələrin komandanı Xəlifə Həftər atəşkəs müqaviləsini imzalamadan Rusiyanı tərk edib.

İnformasiya mənbələri bu gün səhər tezdən xəbər veriblər ki, Moskvada Liviya milli ordusu ilə Liviya milli birlik hökuməti arasındakı müzakirələrin uğursuz qalması ilə bir zamanda bu ölkənin paytaxtı Tripolinin cənubunda toqquşmalar başlanıbdır.

Liviyadakı toqquşan tərəflər şənbə günü qəbul etmişdilər ki, bazar günü hərbi hərəkətləri dayandırsınlar və qərara alınmışdı ki, bu atəşkəsi rəsmiləşdirmək üçün Moskvada rəsmi bir atəşkəs imzalasınlar.

Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin müzakirələri bazar ertəsi günü səhər başlandı və sonra milli birlik hökumətinin başçısı Faiz Əlsərac və Xəlifə Həftərin başçılıq etdikləri heyətlər bu müzakirələrə qatıldılar və müzakirələr yeddi saatdan çox sürdü.

Xəlifə Həftərin başçılıq etdiyi Liviya milli ordusu qrupu illərdir ki, Ərəbistan, Misir, əmirliklər və bəzi Qərb ölkələrinin himayələrilə Liviyanın şərqinə yiyələnib və BMT-nin himayəsi altında olan hökumətlə döyüşür.

 

Teqlər