Yan 14, 2020 15:13 Asia/Baku
  • Amerika ali məhkəməsi İran aktivlərinin bir hissəsinin saxlanılmasının əleyhinə səs verib

Amerika ali məhkəməsi aşağı instansiya məhkəməsinin İranın Mərkəzi Bankının maliyyələrinin bir hissəsinin saxlanılmasına dair rəyini rədd edib.

Amerika ali məhkəməsi bazar ertəsi günü İranın Mərkəzi Bankının Lüksemburqda və İtaliyadakı maliyyələrindən bir milyard 680 milyon dolların saxlanılmasına dair hökmü rədd edib.

İranın Mərkəzi Bankı Lüksemburq və İtaliya banklarının kənarında Amerikanın aşağı instansiya məhkəməsinin İranın Amerikadan kənarda olan bu aktivinin müsadirə edilməsi imkanı barədəki rəyinə etiraz etmişdilər.

Amerika prezidenti Donald Tramp büdcə layihəsinə bir əlavə kimi bir qanun imzalayıbdır ki, ona əsasən, Amerika məhkəmələri özlərinə İranın Amerikadan kənarda olan aktivlərini həbs etmək icazəsi verirlər.

Lüksemburq məhkəməsi Amerikanın İran İslam Respublikası maliyyələrinin həbsi və müsadirəsi üzrə səyini beynəlxalq qanunlara zidd adlandırıb və onu rədd edibdir.

Teqlər