Yan 15, 2020 12:35 Asia/Baku
  • Amerikalı senator Trampın hərbi ixtiyarlarının məhdudlaşacağına ümid edir
    Amerikalı senator Trampın hərbi ixtiyarlarının məhdudlaşacağına ümid edir

Dörd respublikaçı senatorun dəstəyinə əsasən, bir amerikalı senator senatda Trampın hərbi ixtiyarlarının məhdudlaşdırılması layihəsinin qəbul olunacağını ehtimal edib.

Amerikalı demokrat senator Tim Keyn deyib: Dörd respublikaçı senatorun dəstəyinə əsasən, mənim, prezident Donald Trampın hərbi ixtiyarlarının məhdudlaşdırılması üzrə layihəm senatda qəbul olunacaq.

O, əlavə edib: Bu layihə senatorların 51 lehinə səsi ilə qəbul olunmaq üçün yetərincə səs əldə edəcək. Bütün 45 demokrat senator, 2 müstəqil senator və 4 respublikaçı senator bu layihəni himayə edibdir.

Layihənin senatda qəbul ediləcəyi halda, Tramp İrana qarşı hər cür hərbi addımdan öncə Amerika konqresindən icazə almalıdır.

Bu layihə Trampın özbaşına şəkildə və cinayətkarcasına bir hərəkətdə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin terror edilməsi göstərişini verməsindən sonra irəli sürülüb.

Teqlər