Yan 15, 2020 19:30 Asia/Baku
  • Boeing-in davamlı başağrıları
    Boeing-in davamlı başağrıları

Amerikanın Florida ştatında bir Boeinq(Boeing) təyyarəsi hava limanına geri dönərkən öz yanacaq çənini bir neçə məktəbin üzərinə boşaldıb.

Dünən baş vermiş bu hadisə beş ibtidai və bir orta məktəbə xəsarət vurub. Los-Anceles hava limanından 19 mil şərqdə yerləşən bir ibtidai məktəbin çəkdiyi ziyan olduqca böyükdür.

Los-Anceles yanğınsöndürmə mərkəzinin bildirdiyinə görə, bu hadisədə 20 uşaq və on bir yuxarı yaşlı insan bədən xəsarəti alıb.

Bu məktəblərin şagirdlərindən bir qrupu müvəqqəti sığınacağa yerləşdirilib. Həmin məktəblərin şagirdlərinin sözlərinə görə, təyyarənin yanacağı məktəbin tavanından onların üz-gözünə tökülərək, onları dəri problemlərinə düçar edibdir.

CNN xəbər verir ki, 200-777 tipindən olan təyyarə qayıdış istiqamətində münasib çəkiyə çatmaq və fövqəladə eniş etmək üçün öz yanacağının bir hissəsini boşaldıbdır.

 

 

Teqlər