Yan 18, 2020 12:32 Asia/Baku
  • Köçəryanın bəraət qazanması haqda hökmün verilməsi ehtimalı var
    Köçəryanın bəraət qazanması haqda hökmün verilməsi ehtimalı var

Erməni dilində çıxan “Haraparak” qəzeti yazıb: Ermənistan məhkəməsi ola bilsin, bir hökmlə bu ölkənin keçmiş prezidenti Robert Köçəryana bəraət qazandırsın.

Köçəryan 2008-ci ildə müxalifləri yatırmaq və rüşvət almaq ittihamı ilə son zamanlar həbs olunub və onun mühakiməsi hələ də davam edir.

Ermənistanın konstitusiya məhkəməsi Avropa Şurasının demokratiya komissiyasına bir ərizə göndərib və bu komissiyanın əsas qanunun 300.1 maddəsinə şamil olan məhkəmə toxunulmazlığı bəndinin istifadəsi barədə fikrini soruşubdur.

Harapark-ın yazdığına görə, hərçənd Avropa Şurasının demokratiya komissiyasının nəzəri Ermənistan məhkəməsi üçün icbari deyil, amma Köçəryan barədəki yekun hökmə öz təsirini göstərəcəyi gözlənilir.

Ermənistanın təhqiqat komitəsi çərşənbə günü bu ölkənin baş naziri Nikol Paşinyanı çağırtdıraraq, ondan, onun Köçəryanın həbs olunması işində ehtimal olunan ixtilafı barədə suallar soruşubdur.

Köçəryanın, yatırılmasında ittiham olunduğu 2008-ci il bir və iki mart Yerevan anti-hökumət etirazları zamanı bir neçə nəfər öldürüldü.

 

Teqlər