Yan 19, 2020 09:02 Asia/Baku
  • Trampın impiçmenti ABŞ tarixində ən qanuni bir impiçmentdir
    Trampın impiçmenti ABŞ tarixində ən qanuni bir impiçmentdir

Qardiyan qəzeit yazıb: Donald Trampın impiçmenti bir Amerika prezidentinin impiçment edilməsinin üçüncü halı və onların ən qanunisi sayılır.

Qardian qəzeti əlavə edib: İlk dəfədir ki, bir Amerika prezidenti yekun boykot ilə üzləşir, zira Donald Tramp böyük qanun pozuntularına və cinayətlərə yol verib və onun işi bədnamlıq cəhətdən diqqətəlayiqdir.

Bu məlumata görə, qanun baxımından ABŞ senatı bir prezidentin kənarlaşdırılması üçün belə bir güclü iş ilə üzləşməmişdi, zira Trampın işi digərlərindən daha aşkardır.

ABŞ konqresinin nümayəndələr palatası tərəfindən 1868-ci ildə impiçment edilmiş bu ölkənin ilk prezidenti Andre Consonun işində təkcə rasisizm məsələsi dururdu.

İkinci prezidentin, yəni Bill Klintounun impiçement üçün şəraiti fərqli idi və o, Ağ Ev-də Monika Levinski ilə olan əlaqələrinə görə bu işə daxil oldu və sədaqət barədəki andına məhəl qoymadan bu məsələni təkzib etdi.

İmpiçment məhkəməsi prokurorları qrupuna sədrlik edən ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiff ötən cümə axşamı günü senata gələrək, Trampın impiçment işini rəsmi şəkidə senata təqdim və onun impiçmenti mətnini qiraət etdi.

ABŞ senatı bu iclasın sonunda bildirdi ki, Trampın impiçmenti üzrə mühakimə prosesinin davamı 21 yanvar tarixli iclasda həyata keçiriləcək.

ABŞ konqresinin nümayəndələr palatası Trampın impiçment edilməsi barədə qəbul edilmiş layihəni iki ittihama görə, senata göndəribdir. Onlardan biri, "hakimiyyətdən sui-istifadə", ikincisi isə "Ukraynageyt" rüsvayçılığına görədir.

Teqlər