Yan 19, 2020 09:20 Asia/Baku
  • MKİ-nin keçmiş məmuru Trampın İran qarşısındakı strategiyasını tənqid edib
    MKİ-nin keçmiş məmuru Trampın İran qarşısındakı strategiyasını tənqid edib

MKİ-nin keçmiş məmuru deyib: Ağ Ev-in İranla qarşıdurmadakı strategiyası əməldə İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələri komandanının terroru ilə uğursuz qaldı.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin keçmiş məmuru Robert Baer Fransanın "Enostiq Eksion" saytı ilə müsahibədə Amerika prezidenti Donald Trampın və onun müavini Mayk Pensin Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin terroru barədəki sözlərini cəfəngiyyat adlandırıb. Tramp və Pens deyiblər ki, hazırda amerikalılar keçmişə nisbətən daha çox təhlükəsizliyə malikdirlər.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin bu keçmiş məmuru vurğulayıb ki, belə bir hərəkət heç bir vəchlə İranın zəifləməsinə səbəb olmayıb və buna görə, Trampın İrana qarşı strategiyası uğursuz qalıbdır.

Baer əlavə edib: Tramp İran qarşısında heç bir konkret bir strategiyaya malik deyil və hətta onun ətrafındakılar belə, iranlı düşüncəsini yaxşı tanımırlar.

Teqlər