Yan 20, 2020 11:12 Asia/Baku
  • Dünyanın ən qısaboy adamı öldü
    Dünyanın ən qısaboy adamı öldü

Adı Ginnes kitabında qeydə alınmış dünyanın ən qısaboy adamı ağ ciyər iltihabı xəstəliyindən vəfat edib.

Xagendra Tapa Maqarın boyu 67,08 santimetr idi. O, Nepalın paytaxtı Katmandunun 200 kilometrliyində yerləşən Puxara şəhərində ata-anası ilə yaşayırdı.

Çəkisi altı kiloqram olan Xagendra deyirdi ki, qısa boyun onu yaxşı həyatdan çəkindirməsinə icazə verməyəcək. Onun ölümündən sonra yol yeriyə bilən dünyanın ən qısaboy adamı rekordçusu, boyu 70,21 santimetr olan kolumbiyalı Edvard Nino Hernandesdir.

Onun adı 2010-cu ildə 18 yaşı olandan sonra dünyanın ən qısaboy adamı kimi Ginnes kitabında qeydə alınıb.