Yan 20, 2020 12:29 Asia/Baku
  • Terrorçular Hələbə mərmi hücumu ediblər
    Terrorçular Hələbə mərmi hücumu ediblər

Terrorçular dünən bir daha Suriyanın şimalında yerləşən Hələb şəhərini mərmi hücumları hədəfinə çeviriblər.

Terrorçular Hələb şəhərinə tərəf onlarla mərmi atıblar.

Bu hücumda azı bir mülki ölüb, bir qrup insan da yaralanıbdır.

Terrorçular cümə günü gecə də Hələb şəhərini raket hücumları hədəfinə almışdılar.

Terror qrupları Suriya ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərindən sonra son aylar bu ölkənin şəhərlərinə qarşı raket hücumlarına daha çox üz tutublar.

Bu hücumlarda çox sayda Suriya vətəndaşı, xüsusən qadın və uşaq ölüb və ya yaralanıbdır.