Yan 21, 2020 13:29 Asia/Baku
  • Tramp Amerika tarixinin ən pis prezidentidir
    Tramp Amerika tarixinin ən pis prezidentidir

BMT baş katibinin xüsusi müşaviri, Donald Trampı Amerikanın ən pis prezidenti adlandırıb.

Antonio Quterreşin inkişaf məsələləri üzrə xüsusi müşaviri Cefri Sançes deyib ki, Donald Tramp bütün dünya və hətta Amerikanın özü üçün səbatsız və təhlükəli bir şəxsdir. O, Trampı Amerikanın ən pis prezidenti adlandırıb.

Cefri Sançes Trampın general Qasem Soleymanini terror etmək üzrə göstərişinə toxunub. O, ABŞ prezidentinə xitabən deyib: Siz Ağ Ev-də oturub, bir İran rəsmisinin terror edilməsi göstərişini verə bilməz və onu adi bir məsələ adlandıraraq, himayə edə bilməzsiniz.

Quterreşin müşaviri ABŞ-ın nüvə anlaşmasından çıxması haqda isə belə söyləyib: Faciə budur ki, İranla dünyanın digər ölkələri arasında müzakirə aparılaraq, düzgün bir anlaşma əldə edildi, lakin Tramp bu beynəlxalq anlaşmanı məhv etdi və dünyanı müharibə astanasına qoydu ki, bunun özü, bir növ divanəlikdir.

Teqlər